top of page

Konsentrator

Kompyuter şəbəkələrində konsentratorun iki növü istifadə olunur: xab(hub) və konsentrator (concentrator). Konsentratorlar xabdan daha geniş imkanları ilə fərqlənirlər. Beləki konsentratorlara bəzən superhub da deyilir. Konsentratorun funksiyası ondan ibarətdir ki, müxtəlif şəbəkə qurğularını və seqmentlərini birləşdirir. Üç növü var: passiv, aktiv və intelektual.

Təkraredicilər

Təkraredici (repeater) bu qurğu isə eyni kompüter şəbəkəsinin iki seqmentini birləşdirir. Təkraredicilər kabel seqmentləri arasında verilənlərin mübadiləsini təşkil və ya təkrar edir. Bir sözlə desək şəbəkəni fiziki olaraq genişləndirir. Bu qurğu həmçinin şəbəkədə yaranan problemlərə qarşı dayanıqlıdır. Belə ki, seqmentlərin birində yaranan problem digərlərinin işinə mane olmur.

Kommutatorlar

Kommutator (switch) yönəldici rolunu oynayır. Yəni giriş informasiyasını lazımı çıxışa yönəldir. Bu qurğu körpü texnologiyaları kimi istifadə olunur və çoxportlu körpü rolunda oynayır. Konsentratordan fərqli olaraq kommutator verilənləri yalnız lazımı qəbulediciyə ötürür. Bu da şəbəkənin etibarlılığını və təhlükəsizliyini artırır.

Modem

Modem siqnalı ötürən və qəbul edən kompüterə qoşula biləcək xarici və ya daxili qurğudur. Modem modulyasiya və demodulyasiya funksiyalarını yerinə yetirir. Yəni kompüterdən çıxan rəqəmli siqnalları analoq siqnallara(modulyasia) və əksinə kompüterə gələn analoq siqnalları rəqəmli siqnala çevirir(demodulyasiya). Modem adı da elə buradan götürülmüşdür: modulyasiya və demodulyasiya. 

Plotter

Plotterlər müxtəlif elektron formatlı şəkilləri, çertyojları, xəritələri və digər qrafik informasiyaları kağız üzərinə çap edən qurğudur. Əsas növləri bunlardır: planşet plotterlər, barabanlı plotterlər və rulonlu plotterlər.

Printer

Printerlər rəqəmli informasiyaları kağız üzərinə çap etmək üçün nəzərdə tutulmuş bir qurğudur. İnformasiya kompüterin yaddaşında eləcə də fotoaparat və digər rəqəmli informasiya daşıyıcılarında ola bilər. Çap edərkən informaiya ağ-qara, birrəngli və ya çoxrəngli ola bilər. Əsas növləri bunlardır: lazerli printerlər, şırnaqlı printerlər və matrisli printerlərş

Wi-Fi

Wi-Fi 1991-ci ildə Vik Heys tərəfindən Niderlandda yaradılmışdır. Bu texnologiya IEEE 802.11 standartı üzərində qurulmuş və simsiz ötürülmə vasitəsidir. Wi-Fi sözünün mənası Wireless Fidelity, yəni verilənlərin simsiz ötürülməsində yüksək dəqiqlik deməkdir.

Kabellər

Şəbəkədə informasiyanın ötürülməsində fiziki mühit kimi çox vaxt kabellərdən istifadə olunur. Daha çox yayılan növləri isə cütlük kabellər, koaksikal kabellər və optik kabellər. 

Cütlük kabellər(twisted pair) daha ucuz başa gəlir lakin informasiya aşağı sürətlə ötürülür və maneələrə davamlı deyildir. İnformasiuanın ötürülmə sürəti 10 Mbit/saniyəyə qədər olur.

Koaksikal kabellər isə orta qiymətə malikdir və maneələrə davamlıdır. Kabelin uzunluğu isə bir neçə kilometrlərə qədər çatdırıla bilər, sürət isə 50 Mbit/san ola bilər.

Optik kabellər isə ən bahalısı və demək olar ki heç bir maneə təhlükəsi yoxdur. İnformasiyanın ötürülmə sürəti 100 Mbit/san, bəzən 200 Mbit/saniyəyə çatır. Şəbəkədə kabelin uzunluğu 50 km-dən də çox olur.

bottom of page