top of page

Internet traixi

Internet çoxlu sayda kompüter şəbəkələrini birləşdirən və informasiya texnologiyaları vasitəsi ilə informasiya mübadiləsi aparılan qlobal dünyəvi şəbəkədir. Bu sistemin qurulmasına 1957-ci ildən başlanılmışdır. Belə bir şəbəkənin qurulmasına təklifi ABŞ-nın Daxili İşlər Naziri tərəfindən olmuşdur. Nəticədə bir-biri ilə əlaqədə olan və informasiya mübadiləsi aparmaq mümkün olan kompüter şəbəkəsi qurulmuşdur. Əvvəlcə şəbəkə bir otaq daxilində qurulmuş, sonra isə genişlənərək bina, şəhər, ölkə və s . əhatə etməyə başlamışdır.

İlk dəfə 1969-cu ildə dörd elmi binalar arasında ARPANET adlı kompüter şəbəkəsi yaradılmışdır.

İnternetin Ümumdünya kompüter şəbəkəsinə çevrilməsi 1973-cü ildə başlanılmışdır. Belə ki, hemin vaxtı telefon kabelləri vasitəsi ilə ingilis və norveç orqanizasiyaları da bu şəbəkəyə qoşuldu.

Həmin vaxtdan artıq 40 il keçmişdir. Və bu günləri dünyanın demək olar ki istənilən yerindən bu şəbəkəyə qoşulmaq olar.



Ümumdünya Hörümçək Toru



​Bu sözün tərcüməsi WWW - World Wide Web sözündən götürülmüşdür.

www- səhifələr və ya veb səhifələr hipermətinlərdən ibarət sənədlərdirlər. 

Veb - sayt isə eyni mövzuya, eyni dizayna malik olan və eyni veb-serverdə yerləşən veb-səhifələrin birləşməsindən əmələ gəlir. Veb-səhifələrə xüsusi brauzer proqramları vasitəsi ilə həyata keçirilir.

Verilənlərin yüksək sürətlə ötürülməsi sayəsində İnternetdən ixtiyari informasiyanı əldə etmək olar. Demək olar ki, hər gün yeni yeni saytlar yaradılaraq istifadəçilərin ixtiyarına verilir. Bu günləri İnternet insanları maraqlandıran informasiyalarla dolu bir məkandır.



İşləmə müxanizmi



İnternetə qoşulan kompüter şəbəkələri arasında əlaqə IP protokolu əsasında aparılır. IP- İnternet Protocol deməkdir.

IP şəbəkə seqmentlərini bir şəbəkədə birləşdirir hansı ki, onlar arasında informasiya mübadiləsi aparmaq mümkün olur. Bu protokol şəbəkə modelində üçüncü səviyyəli protokol kimi nəzərdə tutulur. Çünki verilənlər paketinin ünvana çatdırılmasında etibarsızdır. Paket ya göndərildiyi ardıcıllıqla çatmır, ya da zədələnmiş formada çatır. İnformasiya paketlərinin daha etibarlı çatdırılmasını daha yüksək səviyyənin-nəqliyyat səviyyəsinin protokolları təşkil edir. Məsələn TCP protokolları.



TCP/IP



TCP/IP- şəbəkədə informasiyanın ötürülməsini təmin edən şəbəkə protokollarıdır. TCP Transmission Control Protocol deməkdir. TCP protokolu İP protokolunun üzərində işləyir. TCP/İP protokolları dörd səviyyədən ibarətdir:

• Tətbiqi (application layer),
• Nəqliyyat (transport layer),
• Şəbəkə (internet layer),
• Kanal (link layer).



İnternetə qoşulma ayrılmış kanal vasitəsi ilə və ya zəng etmə yolu ilə, yəni telefon xətti ilə həyata keçirilir. Ayrı-ayrı kompyuterlərin ayrılmış kanal vasitəsi ilə və ya telefon xətti ilə şəbəkəyə qoşulması üçün nəzərdə tutulmuş qurğuya Modem (modulyator- demodulyator) deyilir.

Sizin İnternetə qoşulmanızı, məktublarınızın göndərilməsini, alınmasını və qorunub saxlanmasını təmin edən təşkilat internet-provayder adlanır. İnternet-provayder İnternetlə bağlı başqa xidmətlər də göstərir. İnternetdə sizin kompyuterin identifikasiyası, yəni müəyyənləşdirilməsi üçün provayder tərəfindən ona IP-ünvan təyin edilir.

Rəqəmli nömrələri yadda saxlamaq çətin olduğundan domen adlarından istifadə olunur. Məsələn, www.edu.az Burada www(world wide web) elm domen .az isə birinci səviyyəli domendir. İnternetdə altdomenlər (subdomain) də mövcuddur. Məsələn http://www.firststeps.az. Ünvanın bir şəkildən başqa şəklə çevirilməsi xüsusi Domen Adları xidməti (DNS - domain name service) tərəfindən yerinə yetirilir.



Göstərilən birinci səviyyəli, təşkilat domenləri mövcuddur:


.com kommersiya ilə məşğul olan təşkilatlar
.edu - təhsillə məşğul olan təşkilatlar
.org - kommersiya ilə məşğul olmayan təşkilatlar
.gov - hökumət təşkilatları
.mil - Amerika Birləşmiş Ştatları -ın hərbi təşkilatları
.int - beynəlxalq təşkilatlar
.net - şəbəkə xidmətləri göstərən təşkilatlar



İnformasiya mübadiləsi



İnformasiyanın nəqli zamanı onun sürəti saniyədə bitlə ölçülür.

Brauzer və ya Veb səyyah - Sizin kompyuterdə işləyən və İnternet-səhifələrin axtarışına və baxılmasına imkan yaradan bir proqramdır. İnternetdən sizə və sizdən İnternetə informasiya göndərərkən, brauzer müştəri-server sxemindən istifadə edir. Bu sxemdə sizin kompyuter - müştəri kimi, uzaqda yerləşən kompyuter isə server kimi çıxış edir.

Siz istifadəçi olduğunuz halda kompyuterinizdəki müştəri proqramı (brauzer) server adlanan şəbəkə qovşağına qoşulur və ona informasiya almaq üçün sorğu göndərir. Serverdəki proqram, öz növbəsində, bu informasiyanı sizə göndərir və növbəti sorğunu gözləyir. Belə iş rejiminə On-line iş rejimi deyilir (On-line).
Çoxfunksiyalı bir proqram kimi brauzer avtonom rejimdə - İnternetə qoşulmadan - HTML- sənədlərə və GIF, JPG və ya JPEG formatlı şəkillərə baxmaq üçün istifadə olunur. Bu rejim Off-line iş rejimi adlanır.
Müxtəlif şirkətlər tərəfindən yaradılmış bir çox brauzerlər mövcuddur. Lakin bütün dünyada istifadəçilərin əksəriyyəti Microsoft şirkətinin Internet Explorer və yaxud Mozilla şirkətinin Firefox proqramların seçir.
Ümumdünya Torunun (WWW) əsasını lazımi sənədlərin ünvanlarını göstərən əlaqələr sistemi təşkil edir. Əlaqənin yaradılması texnologiyalarından asılılığı aradan qaldırmaq məqsədilə WWW üçün xüsusi ünvan sistemi URL yaradılmışdır. URL( universal ünvangöstəricisi ) sənədin adı ilə birgə ona çatma protokolunu da göstərir.
İstinada, yəni URL-ünvana müraciət etdikdə, sorğunun yerinə yetirilməsi 4 mərhələyə bölünür:
Connection (Qoşulma)
Request (Sorğu)
Response (Cavab)
Close (Əlaqənin kəsilməsi)
Birinci mərhələdə Web-müştəri serverlə əlaqə yaradmağa çalışır. Qoşulduqdan sonra, müştəri verilmiş protokola əsasən serverə axtarılan obyekt barəsində sorğu göndərir. Server sorğuya cavab tapan kimi bu cavabı müştəriyə ötürür. Bundan sonra əlaqə kəsilir və brauzer alınmış sənədləri əks etdirir. Bu prosses HTTP-nin - hipermətnin köçürülməsi protokolunun əsasını təşkil edir.
Klaviaturada Enter düyməsini basın. Göstərilmiş ünvana əsasən Web-səhifə axtarılan zaman pəncərənin aşağısında yerləşən məlumat sətrində yüklənən səhifənin IP-ünvanı, sənədin adı və sair göstərilir.

URL -ünvanlarala yanaşı əlaqə və ya hiperəlaqələrdən də istifadə olunur. Bu istinadlar adətən rəngli mətn, işarə, rəsm şəklində olur, çərçivəyə də alına bilər.

Səhifənin sol tərəfindəki mətnə diqqət yetirin. Şəkil və ya mətnin hiperistinad olub olmadığını yoxlamaq üçün mausun göstəricisini onun üzərinə gətirin. hiperistinadın üzərinə gətirildikdə göstərici görünüşünü dəyişərək, məsələn, əl şəklini ala bilər. Məlumat sətrində bu zaman istinadın URL-ünvanı göstərilir.
İstinaddan istifadə etmək üçün onun üzərində mausun düyməsini bir dəfə basmaq kifayətdir. Bu zaman istinadın işarə etdiyi Web-səhifənin axtarışı başlanır.
Web-səhifə demək olar ki bütün hallarda bir neçə əlaqəli HTML-sənəddən ibarət olur. Hiperəlaqələrlə və eləcədə vahid mövzu, müəllif və sairlə biri birinə bağlı olan bir qrup Web-səhifəyə Sayt (Site) deyilir.



İnternetdə təhlükəsizlik



İnternet müasir həyatımızın ayrılmaz bir hissəsidir. Lakin öz təhlükəsizliyimizi də unutmamalıyıq. Bu günləri çoxlu sayda kibercinayətkarlıqlar mövcuddur. Onlar sizin şəxsi informasiyalarınızı ələ keçirməyə çalışırlar. Bunlara elektron poçtunuzun nömrəsi, bank hesablarınızın nömrəsi və s. ola bilər. Bunları etmək üçün çoxlu sayda ziyanverici proqramlar mövcuddur.

Bütün sadalananlardan qorunmaq üçün etibarlı parollardan istifadə etmək lazımdır. Akkauntunuza daxil olarkən oradan çıxmağı unutmayın. Antivirus proqramlarından istifadə edin və onun bazasını vaxtaşırı yeniləyin. Tanımadığınız saytlara daxil olmayın, tanımadığınız internet mağazalardan şopinq etməyin.



İnternet və etika



​Internetdən istifadə edərkən əsas da ünsiyyət zamanı etiket qaydalarına riayət etmək lazımdır. En çox rast gəlinən xoşagəlməz hallar şəxsiyyəti təhqir etmə, mövzudan uzaqlaşmaq, gərəyi olmayan yerdə özünüreklam, yalan informasiya vermə və s.

İnternetdə ünsiyyət qurduğunuz  zaman düzgün danışıq qaydalarına riayət etmək, təhqirə yol verməmək, mövzudan yayınmamaq, elektron poçtunuza gələn məktubları vaxtında cavablandırmaq, məktubun tərtibatına xüsusi diqqət yetirmək, özünüz haqqında yalan informasiya verməmək gərəkdir.

bottom of page