
Kompüter şəbəkələri
İnternet və cəmiyyət
Bu günləri bizlərdən çoxumuzu internetin məhz texniki tərəfi yox, onun bizə nə kimi xidmətləri olduğu maraqlandırır. Bu günləri İnternet dedikdə aşağıdakıları başa düşürük:

Ünsiyyət
Bəzilərimiz saatlarla sosial şəbəkələrdə oturaraq həmfikirllərimizi, dost və tanışlarımızı axtarıb ünsiyyət qururuq. Başqalarımız forumlarda oluruq, elektron poçtla məktublaşırıq, müxtəlif çatlardan və görüntülü ünsiyyət proqramlarından istifadə edirik. Ən əsası isə odur ki, dünyanın demək olar ki istənilən nöqtəsindəki insanla ünsiyyət qura bilərik.

Əyləncə
Musiqini dinləyə bilərik, müxtəlif kitablar oxuya bilərik, oyunlar oynaya bilərik, filmlər izləyə bilərik, müxtəlif testlər edə bilərik onlayn formada. Bunlar hamısı İnternetin əyləncəvi tərəfini təşkil edir.

İnformasiya mübadiləsi
İnternet geniş informasiyalara malik virtual məkandır. Çoxlarımız bu imkanlardan istifadə etməklə yəni, müxtəlif kitablar, məqalələr, referatlar oxumaqla, onlayn distant kurslara yazılmaqla, müxtəlif öyrədici video dərsliklərə baxmaqla, virtual tərcüməçilərdən istifadə etməklə öz bilik və dünya görüşümüzü artıra bilərik. Hətta başqalarının bu cürə lazımlı informasiyalar əldə etməsi üçün maraqlı məlumatlarla bölüşə bilərsiniz.

Alqı-satqı məkanı
İnternet imkan verir ki, evdən çıxmadan onlayn formada alqılar edəsiniz, hətta müxtəlif valyuta əməliyyatları da edə bilərsiniz. Bundan əlavə öz malınızı və xidmətlərinizi satmaq məqsədi ilə onları İnternetdə reklam da edə bilərsiniz. Yəni xidmətlərinizi təklif edən sayt və ya bloq aça bilərsiniz.
İndi isə bütün sadaladıqlarımızı dəstəkləyən protokol və və xidmətlərlə tanış olaq.
WWW(World Wide Web)- Dünya hörümçək toru İnternet şəbəkəsində resursların axtarışı üçün hipermətn texnologiyasıdır. www serveri ilə ötürülmüş informasiya barauzerin köməyilə özündə müxtəlif farmatlı informasiyalar saxlayan səhifə formasında görünür.
HTTP (Hyper Text Transfer Protocol) yəni hipermətinlərin transfer protokolu. Bu WWW əsas xidməti sayılır ki, onun vasitəsi ilə İnternet məkanında müxtəlif tip faylların saxlanmaq və görüntüləmək mümkündür. Fayllar isə şəkil, video, mətn, audio formatlarında ola bilər.
FTP (File Transfer Protocol) yəni faylların ötürülməsi protokolu. Bu protokol faylın tipindən asılı olmayaraq bütün faylları şəbəkədə olan kompüterlər arasında ötürməyə və qəbul etməyə imkan verir.
Telnet- bu protokol kampüterin başqa kompüterlə əlaqə qumasına imkan verir və oradakı fayllardan və proqramlardan istifadə etməyə imkan verir.
Usenet - bu NNTP (Network News Transfer Protocol) yəni şəbəkədə xəbərlərin ötürülməsi protokolu vasitəsi ilə həyata keçən telekonfrans xidmətidir. Yəni bir qrup istifadəçilər onlayn formada hər hansı mövzu və ya xəbəri müzakirə edə bilərlər.
E-mail (Electronic Mail) yəni elektron poçt. Bu xidmət istənilən istifadəçiyə imkan verir ki, digər istifadəçiyə elektron məktub göndərsin və ya qəbul etsin. Bu xidmət SMTP, POP3 və s. protokollar əsasında həyata keçirilir.
WAIS (Wide Aria Information Server) yəni qlobal informasiya serveri. Bu protokol İnternet serverlərində yerləşən verilənlər bazasına sorğu göndərməklə informasiya axtarışını dəstəkləyir.
IRC (Internet Relay Chat) yəni İnternet vasitəsi ilə söhbət. Bu xidmət cari vaxt zamanında digər istifadəçilərlə birbaşa söhbət etmək imkanını təmin edir.
Sənədlərin İnternetdə ünvanlaşması üçün xüsusi URL göstəricilər sistemindən istifadə olunur. URL (Uniform Resource Locator) yəni şəbəkədə sənədin ünvanı. URL ünvan iki hissədən ibarətdir. Birinci sol hissə şəbəkə protokolunun növünü göstərir. Digər hissə isə sənədin şəbəkədə marşrutunu yəni hansı ünvanda yerləşdiyini göstərir. məsələn. http://www.informatik.az. Burada http protokolun növünü, WWW-World Wide Web, informatik tabelikdə olan domen adı, az isə yüksək səviyyəli coğrafi domen adını bildirir.
Brauzer
İnternetdə veb-səhifələrə baxmaq üçün istifadəçilər üçün xüsusi proqram olan Brauzerlərdən istifadə olunur. Onlara misal olaraq İnternet Exploreri, Mozillanı, Operanı, Safari, Google Chromu və s. göstərmək olar. Bunlardan ən geniş yayılmışı İnternet Explorerdir.
Bu proqram Microsoft firmasına aiddir. Bundan əlavə bu paketə elektron poçtla işləmək üçün Outlook Express proqramı və bəzi protokollarla işləmək üçün digər resurslar da daxildir.

Şəkildə göstərilən İnternet Explorerin əsas pəncərəsidir. Pəncərənin ən yuxarı hissəsində başlıq zolagı, ondan aşağıda menyu zolağı, daha sonra alətlər zolağı, ondan aşağıda ünvan sətri sonra isə işçi sahəsi yerləşir.
Axtarış sistemi
İnternetin digər böyük imkanlarından biri də informasiya axtarışıdır. Bu günləri İnternet özündə miliardlarla sayt və faylları saxlayan milionlarla serverləri birləşdirir. Onlar da öz növbəsində küllü miqdarda informasiya saxlayır.
Axtarış sistemləri İnternetdə informasiya axtarmaq üçün xüsusi veb-interfeyzə malik olan proqram-aparat kompleksidir. İnformasiya sistemlərinin çoxu lazımı informasiyanı Ümumdünya Hörümçək Torunun saytlarında axtarıb tapır. Bəziləri isə FTP serverlərinin fayılları və Usenet qrup xəbərləri arasında da axtarış apara bilir. Ən çox istifadə olunan axtarış sistemləri aşağıdakılardır: