
Kompüter şəbəkələri
Kompüter şəbəkələri
Kompüter şəbəkələri- bir-biri ilə qarşılıqlı əlaqədə olan kompüterlərdir. Hansı ki bu kompüterlər arasinda informasiya mübadiləsi və resurslardan birgə istifadə etmək mümkündür.
Lokal kompüter şəbəkəsi
Lokal kompüter şəbəkələri LAN (Local Area Network) bir muəsissə daxilində fəaliyyət göstərir və informasiya mübadiləsinə, informasiya və perferiya avadanlıqlarından birgə istifadəyə şərait yaradır.
Qlobal kompüter şəbəkəsi
Qlobal kompüter şəbəkələri WAN (Wide Area Network)- bir-birlərindən uzaq məsafələrdə yerləşən kompyuterlər və digər şəbəkə qurğularını birləşdirir. Beləki, bu şəbəkə növünə dünyanın demək olar ki istənilən yerindən qoşulmaq olar.
IP-ünvan
IP-ünvan hər bir kompüterin şəbəkədəki unikal nömrəsidir. IP-ünvan, hər birisi səkkiz ikilik rəqəmdən ibarət olan dörd qrupdan ibarətdir və çox zaman onluq şəkildə yazılır. Məsələn: 112.221.340.4
Protokol
Protokol şəbəkədə verilənlərin ötürülməsi üçün qaydalar və standartlar çoxluğudur. Protokolun əsas funksiyası ondan ibarətdir ki, informasiya ötürülməsi zamanı verilənlərin ötürülməsinə başlanılması və ötürülmənin bitməsi haqda qurğulara məlumatların verilməsidir.
Topologiya
Şəbəkə topologiyasl şəbəkə qurğularının və seqmentlərinin yerləşməsi və onların birləşdirilməsi sxemidir. Üç əsas növləri var: ulduz(star), şin(bus) və halqa(ring). Bunlardan əlavə isə bu üç növün qarışığından əmələ gələn hibrid növlər mövcuddur.
Internet
Internet- qlobal səviyyədə informasiya mübadiləsi etməyə imkan verən və internet-İP protokoluna əsaslanan, qlobal əraziləri əhatə edən şəbəkədir. İnternet 70-ci illərin əvvəlində yaranmış və bu günləri minlərlə şəbəkələri birləşdirən bir şəbəkədir.
Şəbəkə kartı
Bu qurğu sizin kompüterinizin blok sistemində quraşdırılır və kompüterinizin lokal şəbəkəyə birləşdirilməsini və internetə çıxışınızı təmin edir. Müasir kompüterlər artıq daxilində bu qurğu olaraq yaradılır.
Konsentrator
Kompyuter şəbəkələrində konsentratorun iki növü istifadə olunur: xab(hub) və konsentrator (concentrator). Konsentratorlar xabdan daha geniş imkanları ilə fərqlənirlər. Beləki konsentratorlara bəzən superhub da deyilir. Konsentratorun funksiyası ondan ibarətdir ki, müxtəlif şəbəkə qurğularını və seqmentlərini birləşdirir. Üç növü var: passiv, aktiv və intelektual.
Təkraredicilər
Təkraredici (repeater) bu qurğu isə eyni kompüter şəbəkəsinin iki seqmentini birləşdirir. Təkraredicilər kabel seqmentləri arasında verilənlərin mübadiləsini təşkil və ya təkrar edir. Bir sözlə desək şəbəkəni fiziki olaraq genişləndirir. Bu qurğu həmçinin şəbəkədə yaranan problemlərə qarşı dayanıqlıdır. Belə ki, seqmentlərin birində yaranan problem digərlərinin işinə mane olmur.
Domen ad
Domen ad hər hansı IP-ünvan üçün təyin olunmuş unikal identifikatordur. IP-ünvanın rəqəmlər çoxluğunu yadda saxlamaq çətin olduğundan domen adlar imkan verir ki, kompüterə hər hansı bir adla müraciət edək. Məsələn google.com
Brauzer
Brauzer(browser) proqramı İnternet şəbəkəsində hərəkət etmək və hipermətinlərin www mühitində oxunması üçünddür. Ən geniş istifadə olunanlar sırasına aiddir Microsoft Internet Explorer, Netscape Navigator, Opera, FireFox.
WWW
WWW(World Wide Web)- Dünya hörümçək toru İnternet şəbəkəsində resursların axtarışı üçün hipermətn texnologiyasıdır. www serveri ilə ötürülmüş informasiya barauzerin köməyilə özündə müxtəlif farmatlı informasiyalar saxlayan səhifə formasında görünür.
Proqram
Proqram - əmirlərinin nizamlanmış yığımıdır. Yəni. hər hansı proqramlaşdırma dilində təsvir edilmiş alqoritmdir. Proqramlar da verilənlərə bənzəyir. Onlar da əməli yaddaşda oyuqlarda saxlanılır, sərt diskdə isə verilənlər kimi fayllar şəklində yazılır. Proqramların yazıldığı fayllar proqram faylları adlanır.
Proqram-aparat təminatı
Kompüterə yazıla biləcək bütün proqramlar onun proqram təminatını, kompüterə qoşula biləcək bütün qurğular isə onun aparat təminatını təşkil edir.
Elektron poçt
E-mail (Electronic Mail) yəni elektron poçt. Bu xidmət istənilən istifadəçiyə imkan verir ki, digər istifadəçiyə elektron məktub göndərsin və ya qəbul etsin. Bu xidmət SMTP, POP3 və s. protokollar əsasında həyata keçirilir.
Hipermətn
Bu termini ilk dəfə 1963 -cü ildə Ted Nelson gətirmişdir. Hipermətn (Hyperlink) – HTML sənədinin verilən Web-səhifədə hər hansı obyektin digər sənəddəki konteks verilənlər arasında dinamik əlaqəni realizə edən baza funksional elementidir.
Hiperistinad
Hiperistinadlara veb səhifələrdə rast gəlinir. Bunlar mətnin arasında xüsusi seçilmiş sözlərdir ki, onların üzərinə mauzla bir dəfə basdiqda başqa bir sayta və ya yeni bir səhifəyə keçir. Hiperistinadları asanlıqla tanımaq olur. Çünki mauzun göstəricisini onların üzərinə gətirdikdə həmin sözün və soz birləşməsini rəngi dəyişə bilər, altında xətt əmələ gələ bilər və mauzun göstəricisi dəyişərək bu formanı alır.
